​Vergilər Nazirliyi yeni inzibati binasının inşası ilə bağlı tender keçirir

​Vergilər Nazirliyi yeni inzibati binasının inşası ilə bağlı tender keçirir Tenderdə iştirak üçün təkliflər aprelin 29-dək qəbul olunacaq
İnfrastruktur
12 Mart , 2015 16:51
​Vergilər Nazirliyi yeni inzibati binasının inşası ilə bağlı tender keçirir

Bakı. 12 mart. REPORT.AZ/ Azərbaycan Vergilər Nazirliyinin Bakı şəhəri, Heydər Əliyev prospekti ilə Müzəffər Nərimanov küçəsinin kəsişməsində yerləşən torpaq sahəsində 31 mərtəbəli inzibati binasının tikintisi üzrə görüləcək işlərin yerinə yetirilməsinin satın alınması üçün açıq tender elan olunub. Bu barədə "Report"a nazirliyin analitik-informasiya şöbəsindən məlumat verilib.

Məlumata görə, tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini aprelin 29-dək nazirliyə təqdim etsinlər.

Həmçinin müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdır. Tender təklifi zərflərinin aprelin 30-da nazirlikdə açılacağı deyilir.

Tenderdə iştirak etmək üçün iddiaçı nazirliyin saytında qeyd edilən sənədləri təqdim etməlidir.

Nazirliyin məlumatına görə, göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. Tenderdə iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər və iştirak haqqı heç bir halda geri qaytarılmır.

Son xəbərlər

Orphus sistemi