"Ural" avtomobil zavodu Azərbaycanda birgə müəssisə yaratmaq niyyətindədir

"Ural" avtomobil zavodu Azərbaycanda birgə müəssisə yaratmaq niyyətindədir Mütəxəssis: "Bakıda ictimai nəqliyyat vasitələrinin köhnəldiyi görünür"
İnfrastruktur
11 May , 2016 15:10
Ural avtomobil zavodu Azərbaycanda birgə müəssisə yaratmaq niyyətindədir

Bakı. 11 may. REPORT.AZ/ Rusiyanın kommersiya nəqliyyatı sahəsində ixtisaslaşan "GAZ Group" Şirkətlər Qrupunun "Ural" avtomobil zavodu Azərbaycanda birgə müəssisə yaratmaq niyyətindədir. Bu barədə "Report"a zavodun nümayəndəsi məlumat verib.

"Biz Azərbaycanda fəaliyyətimizi genişləndirmək istərdik və artıq bu məqsədlə müvafiq qurumlara müraciət edilib. Hələlilk qarşı tərəfin cavabı gözlənilir. Hesab edirik ki, Azərbaycanda da bizim şirkətin məhsullarının istehsalını yüksək səviyyədə təşkil etmək mümkündür. Çünki burada çox peşəkar kadrların olduğunu görmüşük və inanırıq ki, bu cür ixtisaslı kadrlarla keyfiyyətli iş ərsəyə gətirə bilərik", - deyə zavodun nümayəndəsi qeyd edib.

Hazırda davam edən qlobal maliyyə böhranının bütün ölkələrə və iş adamlarına təsirsiz ötüşmədiyini etiraf edən müəssisənin nümayəndəsi bildirib ki, mövcud şəraitdə çətinlik çəkən iş adamlarına maliyyə qurumları tərəfindən güzəştlər tətbiq edilməli və dəstək göstərilməlidir: "Banklar iş adamlarına və ya şirkətlərə lizinq vasitəsilə yardım etməlidirlər. Bakı çox gözəl şəhərdir, lakin nəqliyyat vasitələrinin, xüsusilə ictimai nəqliyyat vasitələrinin çox köhnə olduğu görünür. Odur ki, banklar lizinq vasitəsilə bu işə böyük töhfə verə bilərlər".

Son xəbərlər

Orphus sistemi