​Ukraynadan yola düşən ikinci yük qatarı bu gün Bakıya çatacaq

​Ukraynadan yola düşən ikinci yük qatarı bu gün Bakıya çatacaq Qatarın saat 23:00-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatması gözlənilir
İnfrastruktur
11 Fevral , 2016 15:05
​Ukraynadan yola düşən ikinci yük qatarı bu gün Bakıya çatacaq

Bakı. 11 fevral. REPORT.AZ/ Ukraynanın İliçevsk dəniz limanından fevralın 7-də Ukrayna - Orta Asiya marşrutu üzrə (Gürcüstan və Azərbaycandan keçməklə) 32 vaqondan ibarət ikinci qatar yola düşüb. Qatarın bu gün saat 23:00 radələrində Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatacağı gözlənilir. Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov məlumat verib. 

Qatarın tərkibindəki vaqonlardan 1-i təyinatı üzrə Qazaxıstanın Aktau limanına, 31-i isə Türkmənistanın Türkmənbaşı limanına yola salınacaq. Vaqonların yükü ərzaq məhsulları və dəmir məmulatlardan ibarətdir.

Xatırladaq ki, Ukrayna Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna qoşulandan sonra bu, yola salınan ikinci qatardır. Bu marşrut üzrə ilk sınaq reysi yanvarda həyata keçirilib və Ukraynadan gələn birinci qatar yanvarın 22-də Bakıya çatıb.

Qeyd edək ki, 14 yanvar 2016-cı ildə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna dəmir yolu rəhbərlərinin dördtərəfli görüşü keçirilib, yük qatarları üçün rəqabətədavamlı kompleks dərəcələri müəyyən edilib, həmçinin Gürcüstan və Azərbaycan ərazisindən keçməklə Ukraynadan ixrac olunan yüklərin Qazaxıstan ərazisinə və oradan da Çinə daşınmasının təşkilində imtiyazlı tarif şərtləri müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi