​Ukrayna Azərbaycanla tranzitin təmin edilməsi barədə razılıq əldə edib

​Ukrayna Azərbaycanla tranzitin təmin edilməsi barədə razılıq əldə edib İki ölkənin baş naziri arasında telefon danışığı olub
İnfrastruktur
6 Yanvar , 2016 21:54
​Ukrayna Azərbaycanla tranzitin təmin edilməsi barədə razılıq əldə edib

Bakı. 6 yanvar. REPORT.AZ/ Ukraynanın baş naziri Arseni Yatsenyuk dekabrın 6-da Azərbaycan və Qazaxıstandan olan həmkarları ilə telefon söhbəti aparıb.

"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə sözügedən ölkənin Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

"Ukrayna və Qazaxıstan hökumətlərinin rəhbərləri mövcud problemin həllinə hazır olduqlarını nümayiş etdiriblər və dərhal səmərəli və əlverişli tranzitin təmin edilməsi üçün milli səlahiyyətli idarələrə danışıqları operativ şəkildə başa çatdırmaq tapşırığı veriblər", - deyə məlumatda bildirilir.

Yatsenyuk Azərbaycanın baş naziri Artur Rəsizadə ilə də tranzit probleminin həlli yolları ilə bağlı prinsipial razılaşma əldə edib. Tərəflər razılığa gəliblər ki, hər iki dövlətin milli səlahiyyətli nümayəndələri qısa müddət ərzində lazımi texniki qərarların razılaşdırılması üçün bir araya gələcəklər.

Xatırladaq ki, Rusiya Ukrayna mallarının öz ərazisindən tranzitini tam olaraq dayandırıb.

Son xəbərlər

Orphus sistemi