Ukrayna Azərbaycandan keçməklə Çinə alternativ tranzit marşrutunu işə salır

Ukrayna Azərbaycandan keçməklə Çinə alternativ tranzit marşrutunu işə salır Ukrayna - Gürcüstan - Azərbaycan - Qazaxıstan - Çin marşrutu üzrə sınaq reysi həyata keçiriləcək
İnfrastruktur
6 Yanvar , 2016 10:10
Ukrayna Azərbaycandan keçməklə Çinə alternativ tranzit marşrutunu işə salır

Bakı. 6 yanvar. REPORT.AZ/ Rusiyanın ölkədən keçməklə Qazaxıstana yük tranzitini qadağan etməsindən sonra Ukrayna Azərbaycandan keçməklə Çinə alternativ tranzit marşrutunu işə salır.

"Report" UNİAN-a istinadən xəbər verir ki, yanvarın 15-də İliçevskdən çıxacaq konteynerli qatar sınaq reysi həyata keçirəcək. Qatar Ukrayna - Gürcüstan - Azərbaycan - Qazaxıstan - Çin marşrutu üzrə hərəkət edəcək.

Ukrayna İnfrastruktur Nazirliyinin məlumatında deyilir ki, bu marşrut "İpək Yolu"nun yeni istiqamətidir və Rusiya marşrutuna alternativdir. Vurğulanır ki, marşrut xətti üzrə iki dəfə - İliçevsk - Batumi və Ələt - Aktau marşrut xəttində bərədən istifadə olunacaq.

Nazirlikdən bildirilib ki, Transxəzər beynəlxalq nəqliyyat marşrutu layihəsinin imkanları potensial malgöndərənlərə 2015-ci il noyabrın 16-da roud-şouda və dekabrın 3-də Odessada keçirilmiş "Avropa və Asiyanı birləşdirərkən: transkontinental marşrutlar sisteminin formalaşdırılmasına yeni baxış" beynəlxalq forumunda təqdim edilib.

Son xəbərlər

Orphus sistemi