​Türkiyədə ən çox mənzil alan iraqlılardır

​Türkiyədə ən çox mənzil alan iraqlılardır Oktyabrda xaricilərə satılan mənzillərin sayı da 24% artıb
İnfrastruktur
23 Noyabr , 2015 17:45
​Türkiyədə ən çox mənzil alan iraqlılardır

Bakı. 23 noyabr. REPORT.AZ/ Bu ilin oktyabr ayında Türkiyədə mənzil alışı ötən ilin eyni dövrünə nisbətən 8,8% artıb. "Report"un Türkiyə Statisika İdarəsinə istinadən verdiyi xəbərə görə, ötən ay satılan evlərin sayı əvvəlki aya nisbətən 12,6% artaraq 104 098-ə çatıb.

Türkiyədə satılan mənzillərin ən çox hissəsi, yəni 18 468-i və ya 17,7%-i İstanbulun payına düşür. İkinci yerdə 11 028 mənzil, yaxud 10,6%-lə Ankara, üçüncü yeri isə 5 987 mənzil və ya 5,8%-lə İzmir tutur.

Türkiyədə mənzil satışında azalma müşahidə edilən əyalətlər sırasında əsas yerləri 9 mənzillə Hakkari, 18 mənzillə Ərdahan və 51 mənzillə Bayburt tutur.

Məlumata görə, xaricilərə satılan mənzillərin sayında da 23,8% artım müşahidə edilib və sayı 2 236-ya çatıb.

Türkiyədə ən çox ev alan xarici ölkə vətəndaşları arasında liderlik iraqlılara məxsusdur. Onlar oktyabrda 430 mənzil alıblar. Növbəti yerlərə Səudiyyə Ərəbistanı (325), Rusiya (191), Küveyt (142) və İngiltərə (133) vətəndaşları tutur.

Xaricilərin aldığı mənzillərin 780-i İstanbul, 567-si Antalya, 136-sı Bursa, 118-i Yalova, 103-ü Aydın və 102-si isə Muğlanın payına düşür. 

Son xəbərlər

Orphus sistemi