Türkiyə təyyarə istehsalına başlayıb

Türkiyə təyyarə istehsalına başlayıb İlk istehsal olunan təyyarələrin 30-33 nəfər tutumu olacaq
İnfrastruktur
29 May , 2015 11:59
Türkiyə təyyarə istehsalına başlayıb

Bakı. 29 may. REPORT.AZ/ Türkiyə bu günlərdə sərnişin təyyarələrinin istehsalına başlayıb. Ötən gün təqdimatı keçirilən “Yerli təyyarə istehsalı” layihəsinin ortaqlarından olan SNC (Sierra Nevada Corporation) şirkətinin rəhbəri Eren Özmən yeni təyyarənin böyük təyyarələrin uça bilmədiyi şəhərlər arasında səfər edəcəyini bildirib.

"Report" xəbər verir ki, bu barədə məlumat verən E.Özmən layihənin 30-33 sərnişin tutumlu TRJ328-150 TP və TRJ328-310 reaktiv təyyarələrinin istehsalı ilə paralel olaraq, gələcəkdə 56-64 sərnişin tutumlu olması nəzərdə tutulan TRJ628 reaktiv və turbopropellerli təyyarələrinin dizayn, sertifikatlaşdırma və istehsal prosesini əhatə etdiyini bildirib.

Layihənin təməlinin mövcud "Dornier 328" (D328) təyyarələrinin modernləşdirilmiş versiyalarına əsaslandığını bildirən SNC rəhbəri istehsal olunan təyyarələrin Türkiyənin ilk yerli sərnişin təyyarəsi olacağını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi