​Türkiyə prezidentinə Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisi ilə əlaqədar müraciət olunub

​Türkiyə prezidentinə Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisi ilə əlaqədar müraciət olunub Türkiyə vətəndaşları layihənin yekunlaşması üçün ölkə başçısından yardım istəyiblər
İnfrastruktur
24 İyul , 2015 18:39
​Türkiyə prezidentinə Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisi ilə əlaqədar müraciət olunub

Bakı. 24 iyul. REPORT.AZ/ Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xəttində həyata keçirilən tikinti işləri dayandırılıb. İş prosesinin dayanma səbəbləri məlum deyil. Bu barədə "Report" Türkiyə mətbuatına istinadən xəbər verir. 

Məlumata görə, layihənin Türkiyə tərəfinin tikinti işlərini icra edən şirkətlər maliyyə problemləri ilə üzləşdiklərindən hazırda tikinti işləri dayandırılıb. Dəmiryolu xəttinin Arpaçayda yerləşən tikinti meydançasında ancaq mühafizə xidməti çalışır. Təxminən bir ildir müntəzəm iş getməyən dəmir yolunda işin nə zaman bərpa olunacağı bəlli deyil.

Xəbərdə qeyd edilir ki, Türkiyənin 7 ildir tamamlaya bilmədiyi BTQ layihəsinin 79 km-lik hissəsi artıq Qars sakinlərinin də etirazına səbəb olub. Yerli əhali bildirib ki, layihənin Azərbaycana aid 540 km, Gürcüstana aid 207 km-lik hissəi tamamlanıb, lakin Türkiyə hissəsində tikinti işlərinin bitəcəyi tarix məlum deyil. Qarslılar bu məqsədlə səlahiyyətli şəxslərə müraciət edərək, BTQ dəmiryolu xətti ilə əlaqədar ictimaiyyətin məlumatlandırılmasını istəyiblər.

"Millət vəkillərindən heç bir reaksiya olmadığını görən qarslılar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan yardım istəyiblər", - məqalədə bildirilib.

Qeyd edək ki, 2008-ci il iyulun 24-də təməli qoyulan BTQ layihəsinin 2013-2014-cü illərdə və sonuncu dəfə 2015-ci ildə tamamlanacağı bildirilib.  

Son xəbərlər

Orphus sistemi