"Türk Hava Yolları" Rumıniya milli aviaşirkətini almaq istəyir

"Türk Hava Yolları" Rumıniya milli aviaşirkətini almaq istəyir Rumıniya aviaşirkətinin sərəncamında 23 təyyarə var
İnfrastruktur
3 İyun , 2015 13:03
Türk Hava Yolları Rumıniya milli aviaşirkətini almaq istəyir

Bakı. 3 iyun. REPORT.AZ/ "Türk Hava Yolları" (THY) şirkəti Rumıniyanın "Tarom" milli aviaşirkətini almaq üçün danışıqlara başlayıb.

"Report"un "Milliyət"in rumın qəzetlərinə istinadən verdiyi xəbərə görə, son illərdə zərərlə işləyən və ən böyük ortağı Rumıniya dövləti olan "Tarom"un yaxın aylarda özəlləşdirilməsi planlaşdırılır. Qəzetlərin iddiasına əsasən, bu ortaqlıq iki ölkə prezidentinin görüşmələri çərçivəsində gündəmə gəlib. Bundan sonra THY-nın məsul şəxsləri paytaxt Buxarestə gedib və "Tarom"la görüşlər keçirib.

"Ancaq bir problem var ki, Türkiyə Avropa İttifaqına üzv olmadığı üçün THY xaricdən gələrək "Tarom"un 51%-ni idarə edə bilmir. Bu problemin həll edilməsi üçün fərqli bir çıxış yolu planlaşdırılır. THY əvvəlcə Buxarestin Otopeni hava limanını işlədən şirkətə ortaq olacaq. Hələ ki, aeroport aviaşirkətin 1,55%-ə yaxın hissəsini əlində saxlayır. Daha sonra THY "Tarom"un 49% hissəsini alacaq. Əgər anlaşma belə edilərsə, THY dolayı yolla "Tarom"un 51%-ni idarə edə biləcək", - deyə Rumıniya qəzetləri yazır.

Qeyd edək ki, Rumıniya aviaşirkətinin sərəncamında 23 təyyarə var və 53 istiqamətdə uçuş həyata keçirir. 2008-ci ildən zərərlə işləytən şirkət 2013-cü ildə 29,5 mln. avro itki ilə üzləşib.

Bununla yanaşı qeyd olunur ki, 2 min işçisi olan avaiaşirkətin 97,05%-i Rumıniya dövlətinin mülkiyyətindədir. Qalan hissələr isə Buxarest Hava Limanı (1,55%), Rumıniya Hava Yolları Mühafizə İdarəsi (1,31%) və "Societatea de Investitii Financiare Muntenia" şirkətinə (0,09%) məxsusdur.

Son xəbərlər

Orphus sistemi