Bakı. 2 sentyabr. REPORT.AZ/ Rusiyanın nəqliyyat maşınqayırması sahəsində iri şirkət olan "Transmaşholdinq" (TMH) Azərbaycana lokomotivlərin ixracını həyata keçirmək niyyətindədir.
"Report" "Finanz.ru"ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə TMH-nin baş direktoru Kirill Lipa "EXPO 1520" dəmir yolu salonunda olarkən açıqlama verib.
"Azərbaycana xüsusilə EP20 lokomotivlərinin ixracı ilə bağlı planlarımız var. Söhbət 8-12 ədəd lokomotivdən gedir. Hələlik danışıqlar davam edir",- K.Lipa bildirib.