​TRACECA nəqliyyat dəhlizi ilə yük daşınması azalıb

​TRACECA nəqliyyat dəhlizi ilə yük daşınması azalıb Bununla yanaşı, sərnişin daşınmasında artım qeydə alınıb
İnfrastruktur
12 Noyabr , 2015 10:29
​TRACECA nəqliyyat dəhlizi ilə yük daşınması azalıb

Bakı. 12 noyabr. REPORT.AZ/ Cari ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yük daşınması 39,3 mln. ton, yük dövriyyəsi isə 8 313,1 mln. ton/km olub.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yüklərin 22,86 mln. tonu və ya 58,2%-i avtomobil nəqliyyatı, 11,70 mln. tonu və ya 29,8%-i dəmir yolu nəqliyyatı, 4,72 mln. tonu və ya 12,0%-i dəniz nəqliyyatı ilə daşınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmi 9,3% azalıb. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar (müvafiq olaraq 21,3% və 30,8%) olub. Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 5,8% artıb. Dəhliz vasitəsilə daşınmış yüklərin 18,3%-ni və ya 7,2 mln. tonunu tranzit yüklər təşkil edib.

Məlumatda qeyd edilib ki, cari ilin yanvar-sentyabr aylarında dəhliz vasitəsilə 247,5 mln. sərnişin daşınıb, sərnişin dövriyyəsi 5003,7 mln. sərnişin/km olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə sərnişin daşınması və sərnişin dövriyyəsi 7,8% artıb. Sərnişin daşınmasındakı artım avtomobil nəqliyyatı ilə daşımalar hesabına baş verib.

Son xəbərlər

Orphus sistemi