TRACECA dəhlizinin Azərbaycan seqmentində bu il yükdaşıma 20% azalıb

TRACECA dəhlizinin Azərbaycan seqmentində bu il yükdaşıma 20% azalıb Dəhlizlə daşınmış yüklərin 15%-ni tranzit yüklər təşkil edib
İnfrastruktur
12 Avqust , 2016 18:22
TRACECA dəhlizinin Azərbaycan seqmentində bu il yükdaşıma 20% azalıb

Bakı. 12 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyun ayları ərzində Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 23 884 min ton, yük dövriyyəsi isə 4 592 mln. ton/km olub. “Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin (DSK) yaydığı məlumatda qeyd edilib.

Yüklərin 15 178,8 min tonu və ya 63,6%-i avtomobil nəqliyyatı, 6 472,6 min tonu və ya 27,1%-i dəmir yolu nəqliyyatı, 2 232,6 min tonu və ya 9,3%-i dəniz nəqliyyatı ilə daşınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 9% azalma müşahidə edilib. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar olub. Dəmir yolunda yük daşıma 19,6% və dəniz nəqliyyatında 34,8% azalıb.

Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,7% artıb. 

Dəhliz vasitəsilə daşınmış yüklərin 14,9%-ni və ya 3 567,6 min tonunu tranzit yüklər təşkil edib. Bu ilin yanvar-iyun aylarında dəhliz vasitəsilə 164,6 mln. sərnişin daşınıb, sərnişin dövriyyəsi 3 313,3 mln. sərnişin/km olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmış sərnişinlərin sayı 2,2%, sərnişin dövriyyəsi isə 1,2% artıb. 

Son xəbərlər

Orphus sistemi