Bakı. 22 may. REPORT.AZ/ Polşanın "Tines Capital Group S.A." şirkəti "
Şirkət Azərbaycana LC-L tipli (bir konteynerdən az yük olduqda) dəmir yolu keçidlərini təklif edir.
"Report"un məlumatına görə, bunu Bakıda səfərdə olan şirkətin şərq bazarları üzrə direktoru Vlodzimej Çerlyunkayeviç açıqlayıb.
V.Çerlyunkayeviç deyib ki, "Tines Capital Group" şirkəti "Azərbaycan Dəmir Yolları" QSC-yə keçidlər üçün kompleks sənədləşmənin hazırlığı, keçid plitələri konstruksiyalarının tədarükü, siqnalizasiya, mərkəzləşdirmə və bloklama vasitələrinin tədarükünü təklif edib. Polşa şirkəti Azərbaycan tərəfindən müsbət cavab alacağına ümid edir.