​Təyyarələr fövqəladə vəziyyətlərdə yerdən idarə oluna bilər

​Təyyarələr fövqəladə vəziyyətlərdə yerdən idarə oluna bilər Əsas kimi pilotsuz apparatların uçduğu sistem götürülür
İnfrastruktur
16 Aprel , 2015 02:50
​Təyyarələr fövqəladə vəziyyətlərdə yerdən idarə oluna bilər

Bakı. 16 aprel. REPORT.AZ/ Almaniyanın "Deutsche Flugsicherung" (DFS) aviadispetçer xidməti sərnişin təyyarələrinin məsafədən idarə olunması sisteminin yaradılması perspektivini nəzərdən keçirməyə çağırıb.

"Report" TASS-a istinadən xəbər verir ki, laynerlərə yerdən nəzarət həyata keçirmək fövqəladə hallarda təklif olunur.

DFS-nın rəhbəri Klaus-Diter Şoyrle hesab edir ki, bu, Almaniyanın "Germanwings" aviaşirkətinə məxsus "A320" ilə bağlı baş verən hadisəyə bənzər qəzaların qarşısını ala bilər.

Onun sözlərinə görə, buna əsas kimi pilotsuz uçan apparatların uçduğu sistemi götürmək olar.

O hesab edir ki, bu ideyanın reallaşdırılması bir il vaxt apara bilər.

Son xəbərlər

Orphus sistemi