“Teymur Əhmədov” gəmisi beynəlxalq sularda ilk səfərinə çıxıb

“Teymur Əhmədov” gəmisi beynəlxalq sularda ilk səfərinə çıxıb Yük gəmisi İtaliya limanına istiqamət götürüb
İnfrastruktur
12 Sentyabr , 2015 16:29
“Teymur Əhmədov” gəmisi beynəlxalq sularda ilk səfərinə çıxıb

Bakı. 12 sentyabr. REPORT.AZ/ Rusiyanın Yeysk limanında 3 000 ton taxıl yükü götürən “Teymur Əhmədov” gəmisi bu gün beynəlxalq sularda ilk səfərinə çıxıb. "Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən "Report"a daxil olan xəbərə görə, yük Adriatik dənizi sahillərinə, İtaliya limanına çatdırılacaq.

Qeyd edək ki, “Teymur Əhmədov”dan bir qədər əvvəl Qara dəniz hövzəsinə göndərilmiş “Qaradağ” quru yük gəmisi artıq ilk səfərini uğurla başa vurub.

Beləliklə, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 4 gəmisi beynəlxalq sularda fəaliyyətini davam etdirir.

Son xəbərlər

Orphus sistemi