Sumqayıt-Bakı yolunda böyük tıxac yaranıb

Sumqayıt-Bakı yolunda böyük tıxac yaranıb Əsas prospektlərdə nəqliyyatın hərəkətində sıxlıq qeydə alınıb
İnfrastruktur
16 Sentyabr , 2015 09:29
Sumqayıt-Bakı yolunda böyük tıxac yaranıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Bu gün Bakı şəhərinin əsas yol və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "Report"a verilən məlumata görə, hazırda Sumqayıt-Bakı yolunda böyük tıxac yaranıb.

Bununla yanaşı, Yusif Səfərov küçəsində (Mərkəzi Neftçilər Xəstəxanası qarşısında), Ə.Əliyev küçəsi, K.Rəhimov küçəsi, Moskva prospekti, Z.Bünyadov prospekti, İnşaatçılar prospekti, Tbilisi prospekti (şəhər mərkəzi istiqamətində) və Azadlıq prospektində (hər iki istiqamətdə) nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb. 

Son xəbərlər

Orphus sistemi