Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yoxlamaları dayandırıb

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yoxlamaları dayandırıb Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin fəaliyyəti yenidən təşkil olunacaq
İnfrastruktur
20 Oktyabr , 2015 12:11
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yoxlamaları dayandırıb

Bakı. 20 oktyabr. REPORT.AZ/ Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində geniş tərkibli kollegiya iclası keçirilib. Komitədən "Report"a verilən xəbərə görə, iclasda çıxış edən komitənin və kollegiyanın sədri Ramiz Həsənov 9 ay ərzində qazanılan uğurlar haqqında məlumat verib. 

O bildirib ki, biznes mühitinin yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin gücləndirilməsi, müasir standartların tətbiqi ilə rəqabətqabiliyyətli məhsulların istehsalını genişləndirmək məqsədilə artıq işlərə başlanılıb, uyğunluğun qiymətləndirilməsi orqanlarının akkreditasiyası fəaliyyəti təkmilləşdirilib: "Uyğunluğun qiymətləndirilməsi orqanlarının akkreditasiyası zamanı əsas meyar məhz sahibkarlara dəstəyin göstərilməsi, standartlara uyğun məhsul istehsalını təmin etmək üçün zəruri olan metodiki və praktiki köməkliyin göstərilməsidir". 

Komitə sədri, həmçinin qeyd edib ki, dövlət başçısının yoxlayıcı orqanlarla bağlı tapşırıqlarına uyğun olaraq, Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin fəaliyyətinin yenidən təşkili, bu sahədə müasir təcrübənin tətbiqi ilə bağlı işlər davam edir. 

İclasda eyni zamanda, öncədən tərtib olunan və Ədliyyə Nazirliyinin müvafiq reyestrində qeydiyyatdan keçən plan üzrə yoxlamaların dayandırılması, məhsul (iş, xidmətlərin) keyfiyyət və nəzarət sisteminin beynəlxalq təcrübəyə əsaslanaraq təşkili məqsədilə qısa zamanda təkliflərin hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunması, qeyri-neft sektorunun inkişafı məqsədilə ixracyönümlü məhsulların istehsal həcminin artırılması üçün sahibkarlara əsaslı köməkliyin göstərilməsi ilə bağlı akkreditasiya olunan uyğunluğun qiymətləndirilməsi orqanlarına tövsiyələrin verilməsi ilə bağlı qərar qəbul olunub.

Son xəbərlər

Orphus sistemi