Bakı. 5 avqust. REPORT.AZ/ Bakının Yasamal rayonunun keçmiş “Sovetski” ərazisində yeni yol-nəqliyyat infrastrukturunun təməli qoyulub. Bu ərazidə aparılacaq işlərin birinci mərhələsində 26 hektarda yolların salınması və abadlıq işlərinin görülməsi nəzərdə tutulur.
Bura 23 hektar sahədə yaşıllaşdırma və abadlıq, 3 hektar sahədə isə avtomobil yollarının tikintisi işləri daxildir.
Bu ərazidə tikinti işlərini həyata keçirəcək “Azəravtoyol” ASC "Report"a “Sovetski”də 6,1 km-ə yaxın olan yenidən qurulacaq 5 küçənin 3D layihəsini təqdim edib.