​Şollar-Bakı su kəmərinin 100 illiyi qeyd olunacaq

​Şollar-Bakı su kəmərinin 100 illiyi qeyd olunacaq Martda "Azərsu" və AMEA Bakıda beynəlxalq konfrans keçirəcək
İnfrastruktur
3 Avqust , 2016 11:25
​Şollar-Bakı su kəmərinin 100 illiyi qeyd olunacaq

Bakı. 3 avqust. REPORT.AZ/ “Azərsu” ASC sədrinin əmri ilə 2017-ci ildə “Şollar - Bakı Su Qurğuları Kompleksi”nin istismara verilməsinin 100 iliyi geniş qeyd ediləcək. “Report” “Azersu”ya istinadən xəbər verir ki, gələn il martın 16-da “Azərsu” və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı ilə “Şollar - unikal su qurğusu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

Konfransda “Şollar su kəməri - dayanıqlı və etibarlı su təchizatı sistemi”, “Qədim, tarixi su qurğuları”, “Müasir su təchizatı sistemləri: inkişaf, innovasiya və nailiyyətlər”, “İqlim dəyişikliyi, ətraf mühit və su təhlükəsizliyi” mövzularında sessiyalar təşkil olunacaq. Tədbirdə elm və təhsil müəssisələrinin tələbə, magistr və aspirantları, alim və mütəxəssislər iştirak edə bilərlər.

Qeyd edək ki, 1917-ci ildən fasiləsiz fəaliyyət göstərən Şollar-Bakı su kəməri artezian üsulu ilə qazılan 24 quyu, eləcə də lay və bulaq sularından qidalanır. İngilis mühəndis Uilyam Lindleyin layihəsi əsasında 1903-cü ildə 187 km uzunluğunda Şollar-Bakı su kəmərinin tikintisinə başlanılıb. Kəmərin tikintisində yaranan fasilələr səbəbindən “Şollar” suyu Bakı əhalisinə 14 il sonra - 1917-ci ildə çatdırılıb. Bu layihənin həyata keçirilməsində məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin böyük dəstəyi olub.

Son xəbərlər

Orphus sistemi