Şimal-Cənub nəqliyyat dəhlizinin tariflərinin dəyişdirilməsi ilə bağlı iş aparılır

Şimal-Cənub nəqliyyat dəhlizinin tariflərinin dəyişdirilməsi ilə bağlı iş aparılır Azərbaycan mövcud tranzit potensialından maksimum istifadə etmək niyyətindədir
İnfrastruktur
17 Fevral , 2016 11:21
Şimal-Cənub nəqliyyat dəhlizinin tariflərinin dəyişdirilməsi ilə bağlı iş aparılır

Bakı. 17 fevral. REPORT.AZ/ Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Hindistan və Fars körfəzindən İran, Azərbaycandan keçməklə Rusiya, Avropa ölkələri, habelə Mərkəzi Asiya və Qafqaz regionlarına daşınacaq yüklərin tarifləri üzərində ciddi dəyişikliklər aparılır. Hazırda bu dəhlizin əsas beynəlxalq marşruta çevrilməsi istiqamətində ciddi iş görülür. Bunu "Report"a açıqlamasında "Azərbaycan Dəmir Yolları” QSC-nin Yük daşımaları Departamentinin rəisi Əşrəf Məmmədəliyev bildirib.

Onun sözlərinə görə, qurumun əsas siyasəti bu nəqliyyat dəhlizinin digər alternativ marşrutlarda olan tariflərlə rəqabət apara bilməsinə yönəldilib.

"Hazırda əsas məqsədimiz İran ərazisindən keçməklə, orada tranzit terminalı yaradıb, yüklərin həmin terminaldan İranın Bəndər-Abbas limanına, oradan isə gəmilərlə Hindistanın Mumbayi limanına və digər Asiya dövlətlərinə yönəldilməsidir. Belə imkanlarımız var və onlardan istifadə edəcəyik", - deyə Ə.Məmmədəliyev deyib.

Departament rəhbəri əlavə edib ki, hazırda Azərbaycanın cənubundakı Astara və şimaldakı Yalama stansiyaları arasında mövcud imkanlardan istifadə edilən layihələr var: "Tranzit yüklər Azərbaycana gəlməkdə davam edir. İlk olaraq, Astaraya daxil olub və İrana ötürülüb. Belə ki, yüklər ənənəvi olan marşrutla müqayisədə rəqabət apara biləcək qiymətlə keçirildiyinə görə, artıq Rusiyadan ayda 30 min ton olmaq şərtilə sifariş qəbul etmişik. Bu, əsasən dənli bitkilər - darı, arpa, buğdadır. Onlar İrana yola salınacaq".

Son xəbərlər

Orphus sistemi