Şimal-Cənub nəqliyyat dəhlizi çərçıvəsində protokol imzalanıb

Şimal-Cənub nəqliyyat dəhlizi çərçıvəsində protokol imzalanıb Şimal-Cənub marşrutu ilə bağlı Əlaqələndirmə Komitəsinin yaradılmasına dair qərar qəbul olunub
İnfrastruktur
2 İyun , 2016 14:59
Şimal-Cənub nəqliyyat dəhlizi çərçıvəsində protokol imzalanıb

Bakı. 2 iyun. REPORT.AZ/ Soçidə (Rusiya) XI Beynəlxalq dəmiryolu biznes-forumu keçirilir. Forumda Azərbaycanı “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. 

Qurumun Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun "Report"a verdiyi məlumata görə, forum çərçivəsində bu gün C.Qurbanov, “Rusiya Dəmir Yolları” ASC-nin prezidenti Oleq Belozyorov və İran Dəmir Yolları Administrasiyasının baş direktoru Mohsen Purseyid Ağayi birgə görüş keçiriblər.

Görüşdə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişaf perspektivləri, dəhlizə yüklərin cəlb olunması kimi məsələlər diqqət mərkəzində olub. Danışıqlar zamanı “Azərbaycan Dəmir Yolları” sədrinin təklifi ilə nəqliyyat dəhlizinin inkişafının sürətləndirilməsi üçün Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunda olduğu kimi, Şimal-Cənub marşrutunda da Əlaqələndirmə Komitəsinin yaradılmasına dair qərar qəbul olunub. Görüşün sonunda tərəflər arasında protokol imzalanıb.

Görüşdə Finlandiya "Dövlət Dəmir Yolu" Konserninin rəhbəri Mikael Aro da iştirak edib. Aparılan danışıqlarda Finlandiyanın Şimal-Cənub dəhlizinə cəlb olunması məsələsi müzakirə edilib və rəsmi Helsinkinin bu nəqliyyat dəhlizinə maraq göstərdiyi bildirilib.

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Hindistan, İran körfəzi ölkələri, İran və Azərbaycandan keçməklə daha sonra Rusiya, Baltik dənizi hövzəsi ölkələri və Skandinaviya ölkələrinə qədər uzanır. Finlandiyanın dəhlizə qoşulması nəqliyyat dəhlizinin potensialını daha da gücləndirəcək.

Xatırladaq ki, layihəyə 2000-ci il sentyabrın 12-də Sankt-Peterburqda Rusiya, İran və Hindistan arasında imzalanan razılaşma ilə start verilib. 2005-ci il sentyabrın 20-də layihəyə Azərbaycan da qoşulub. 2016-cı il aprelıin 20-də isə Azərbaycanla İran sərhəddində, Şimal-Cənub dəhlizi çərçivəsində dəmir yolu korpüsünün tikintisinə start verilib.

Son xəbərlər

Orphus sistemi