Cavid Qurbanov: "Bu ay Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin reallaşması müzakirə olunacaq"

Cavid Qurbanov: "Bu ay Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin reallaşması müzakirə olunacaq" "Bu nəqliyyat dəhlizi Azərbaycan üçün olduqca vacibdir"
İnfrastruktur
10 May , 2015 11:14
Cavid Qurbanov: Bu ay Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin reallaşması müzakirə olunacaq

Bakı. 10 may. REPORT.AZ/ May ayında Minskdə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin reallaşması məsələsi müzakirə olunacaq. "Report" xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov jurnalistlərə deyib.

O qeyd edib ki, bu nəqliyyat dəhlizi Azərbaycan üçün olduqca vacibdir: "Astaraya qədər dəmir yolu xətti var, lakin bu elektrikləşdirilməyib.  Digər tərəfdən İran tərəfində yol çəkilməlidir. Bu isə gələcəyin işidir. Mayın 20-də Minskdə MDB ölkələrinin dəmir yol idarələrinin rəislərinin görüşü keçiriləcək. Həmin görüşdə bu məsələ də müzakirə olunacaq".

Rusiyanın həmin layihəyə pul ayrılması ilə bağlı fikirlərə münasibət bildirən C.Qurbanov bunun mümkünsüz olduğunu deyib: "Bu yolun tikilməsini təkcə Rusiya deyil, Hindistan və İran da istəyir. Bu yol hazır olduqda Fars Körfəzindən Sankt Peterburq şəhərinə qədər olan məsəfadə gediş-gəliş mümkün olacaq. Bu bizim iqtisadiyyat üçün önəmlidir".

Son xəbərlər

Orphus sistemi