​“Silk Way West” daha bir “Boeing 747-8 Freighter” təyyarəsi alıb

​“Silk Way West” daha bir “Boeing 747-8 Freighter” təyyarəsi alıb Bununla da aviaşirkətin balansındakı “Boeing 747-8 Freighter” təyyarələrinin sayı üçə çatıb
İnfrastruktur
17 Avqust , 2015 19:37
​“Silk Way West” daha bir “Boeing 747-8 Freighter” təyyarəsi alıb

Bakı. 17 avqust. REPORT.AZ/ Azərbaycanın “Silk Way West” aviadaşıyıcı şirkəti hava gəmiləri parkına avqustun 17-də Bakıya gələn yeni “Boeing 747-8 Freighter” təyyarəsini də əlavə edib. Bununla da “Silk Way West”in balansındakı “Boeing 747-8 Freighter” təyyarələrinin sayı üçə çatıb.

"Silk Way West” aviaşirkətinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, “Boeing 747-8 Freighter” ilə yanaşı, aviaşirkət üç “Boeing 747-400 Freighter” təyyarəsini də istismar edir.

“Boeing” korporasiyası ilə imzalanan müqaviləyə əsasən, “Silk Way West” daha iki “Boeing 747-8 Freighter” alacaq. Təyyarələrin 2016-ci ilin birinci yarısında Azərbaycana gətirilməsi planlaşdırılır.

“Silk Way West” yeni “Boeing 747-8 Freighter” təyyarələrini almaqla yük aviadaşımaları sahəsindəki biznesini əhəmiyyətli dərəcədə genişləndirmək istəyir. Yeni “Boeing 747-8 Freighter” təyyarəsi Sinqapur və Komatsuya (Yaponiya) uçuşlar həyata keçirəcək.

Analoji modellər ilə müqayisədə “Boeing 747-8 Freighter”in rəqibləri yoxdur. Yük aviadaşıyıcıları üçün ən aşağı istismar xərcləri, böyük yük təyyarələri sinfində maksimum səmərəlilik, həmçinin təkmilləşdirilmiş ekoloji göstəriciləri təmin edir.

“Silk Way West” regionda ən iri yük daşımaları həyata keçirən aviadaşıyıcıdır. Aviaşirkət bütün dünyaya, o cümlədən Avropa, Yaxın Şərq və Şərqi Asiyaya çarter və müntəzəm reyslər həyata keçirir. Ötən il “Silk Way West” Airlines Federal Aviasiya Administrasiyası (FAA) tərəfindən ABŞ-a uçuşlar üçün icazə alıb.g 747-8 Freighter” təyyarəsini əlavə edib

Son xəbərlər

Orphus sistemi