​Sərhəd dəmiryol keçidi məntəqələrində rentgen avadanlıqları quraşdırılacaq

​Sərhəd dəmiryol keçidi məntəqələrində rentgen avadanlıqları quraşdırılacaq Rentgen avadanlıqlarının Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminə inteqrasiyası təmin edilib
İnfrastruktur
24 Yanvar , 2015 11:47
​Sərhəd dəmiryol keçidi məntəqələrində rentgen avadanlıqları quraşdırılacaq

Bakı. 24 yanvar. REPORT.AZ/ Dövlət sərhəd dəmiryol keçidi məntəqələrində irihəcmli yüklərə sürətli və yüksək keyfiyyətli gömrük nəzarətinin həyata keçirilməsi üçün rentgen avadanlıqları quraşdırılacaq. “Report” xəbər verir ki, bu barədə məlumatı Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidməti yayıb.

Məlumatda bildirilir ki, DGK ilə Almaniyanın “SMİTHS HEİMANN” şirkəti arasında imzalanan müqavilə əsasında alınan avadanlıqlar artıq Astara, Biləsuvar, Şahtaxtı, Sədərək və Culfa gömrük idarələrində, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” və Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postlarında quraşdırılıb. Sərhəd buraxılış məntəqələrində quraşdırılan rentgen avadanlıqlarının Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminə inteqrasiyası təmin edilib.

Avadanlıqlar vasitəsilə alınan görüntüləri həm də DGK-da yerləşən Hədəf Mərkəzindən izləmək mümkündür. Eyni tipli avadanlıqlar Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda da quraşdırılıb və istismara hazırlanır.

Son xəbərlər

Orphus sistemi