Şəkinin kəndinə ömrü 300 il olan yol çəkilib

Şəkinin kəndinə ömrü 300 il olan yol çəkilib Yeni yol kəndi Şəki rayon mərkəzi ilə birləşdirir
İnfrastruktur
5 Avqust , 2016 15:23
Şəkinin kəndinə ömrü 300 il olan yol çəkilib

Bakı. 5 avqust. REPORT.AZ/ Şəkinin Baş Küngüt kəndinə daş döşəmə yol salınıb. Hər yağıntı mövsümündə sel təhlükəsi ilə üzləşən dağ kəndinin icmasının müraciəti ilə yolu Kənd Təsərrüfatı Nazirliyi ”İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi” çərçivəsində çəkib. 

Nazirlikdən "Report"a daxil olna xəbərə görə, məqsəd Şəki rayon mərkəzindən 25 km aralıda yerləşən və başqa heç bir yol örtüyü davam gətirməyən bu kəndin infrastrukturunu yaxşılaşdırmaqla, əhalisinin təsərrüfatlarını qorumaq və inkişafına kömək etmək, eləcə də məşğulluğa şərait yaratmaqdır. Uzunluğu 1 km-dən artıq, ümumi sahəsi 5 kv. km olan yoldan 2 500 nəfərədək kənd əhalisi faydalanacaq.

İkinci Kənd İnvestisiya Layihəsini Kənd Təsərrüfatı Nazirliyi yanında Layihələrin və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidməti həyata keçirir. Bu, Azərbaycan hökuməti ilə Dünya Bankının birgə layihəsidir. 10 ildən artıq müddətdə icra olunan Kənd İnvestisiya Layihəsi çərçivəsində 1 800-ə yaxın sosial və iqtisadi yönümlü infrastruktur layihələri icra olunub.

Böyük çay daşlarından salınan və arasına çınqıl doldurulan döşəmə yol uzunömürlülüyü ilə fərqlənir. Ölkədə yaşı 300 ildən artıq olan belə yollar mövcuddur.

Son xəbərlər

Orphus sistemi