Səfir: "İranla Azərbaycanı birləşdirən dəmir yolu hissəsinin tikintisi 2016-cı ilin sonuna tamamlanacaq"

Səfir: "İranla Azərbaycanı birləşdirən dəmir yolu hissəsinin tikintisi 2016-cı ilin sonuna tamamlanacaq" "Layihənin həyata keçirilməsi gələcəkdə hər iki ölkəyə gəlir gətirəcək tranzit və yükdaşımalar üçün infrastrukturun yaradılmasına yardım edir"
İnfrastruktur
12 Oktyabr , 2015 13:24
Səfir: İranla Azərbaycanı birləşdirən dəmir yolu hissəsinin tikintisi 2016-cı ilin sonuna tamamlanacaq

Bakı. 12 oktyabr. REPORT.AZ/ "İranla Azərbaycanı birləşdirən dəmir yolu hissəsinin tikintisi 2016-cı ilin sonuna tamamlanacaq". "Report" xəbər verir ki, bu barədə jurnalistlərə İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bildirib. 

Onun sözlərinə görə, oktyabr ayının 9-10-da "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Azərbaycan və İran nümayəndə heyətləri Astara (İran) - Astara (Azərbaycan) dəmir yolunun tikintisinin gedişini müzakirə ediblər. 

Səfir həmçinin qeyd edib ki, bu məsələ dekabr ayının üçüncü ongünlüyündə Tehranda keçiriləcək Azərbaycan-İran iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının iclasında da müzakirə olunacaq.

Möhsün Pak Ayinin sözlərinə görə, Azərbaycan tərəfi yaxın 10 gün ərzində yolun onlara aid hissənin tikintisinə başlayacaq. Onun sözlərinə görə, Astara (İran) - Astara (Azərbaycan) dəmir yolunun uzunluğu 7 km təşkil edir. İran ərazisində həmin yolun 2 km. tikilir. Dəmir yolunun keçəcəyi körpünün də tikintisi nəzərdə tutulub. İran Astarasında həmçinin 4 mln. ton həcmində yük terminalının tikintisi planlaşdırılıb. 

İran səfirinin sözlərinə görə, bu layihənin həyata keçirilməsi gələcəkdə hər iki ölkəyə gəlir gətirəcək tranzit və yükdaşımalar üçün infrastrukturun yaradılmasına yardım edir, eləcə də neft gəlirlərindən asılılığı azaldır.

Son xəbərlər

Orphus sistemi