​Samir Nuriyev: “Sosial mənzillərin tikintisi üçün torpaq sahələri müəyyənləşib”

​Samir Nuriyev: “Sosial mənzillərin tikintisi üçün torpaq sahələri müəyyənləşib” Ölkənin 5 regionunda da torpaq sahələrinin ayrılması ilə bağlı təklif olunmuş ərazilərə baxış keçirilib
İnfrastruktur
15 İyul , 2016 15:38
​Samir Nuriyev: “Sosial mənzillərin tikintisi üçün torpaq sahələri müəyyənləşib”

Bakı. 15 iyul. REPORT.AZ/ “Mənzil İnşaatı Dövlət Agentliyi artıq sosial mənzillərin tikintisinin təşkil edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirir".

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev “Azərtac”a müsahibəsində deyib.

Onun sözlərinə görə, bu tədbirlər ilk növbədə binaların tikintisi üçün torpaq sahələrinin seçilməsini, layihələndirmə və tikinti işlərinin planlaşdırılmasını, mənzillərin uzunmüddətli güzəştli şərtlərlə təqdim edilməsi üçün dayanıqlı maliyyə modelinin yaradılmasını əhatə edir. 

S.Nuriyev deyib ki, çoxmənzilli binaların tikintisi üçün paytaxtın bir neçə hissəsində torpaq sahələri müəyyənləşdirilib: “Çoxmənzilli evlərin tikilməsi üçün əlverişli olan torpaq sahələrinin seçilməsi prosesində ciddi irəliləyiş var. Ötən müddət ərzində Agentliyin mütəxəssisləri tərəfindən Bakı şəhərinin müxtəlif yerlərində bir çox torpaq sahəsinə baxış keçirilib və müxtəlif meyarlar üzrə qiymətləndirildikdən sonra onlardan bir neçəsi güzəştli mənzillərin tikintisi üçün uyğun hesab edilib. Torpaq sahələrinin seçilməsində ilk növbədə şəhərin inkişaf perspektivləri nəzərə alınıb. Bununla yanaşı, həmin ərazilərin iş yerləri mərkəzlərinə yaxın olması, bu zonalarda nəqliyyat və mühəndis-kommunikasiya şəbəkəsinin mövcudluğu əsas meyarlardan olub. Hazırda həmin torpaq sahələrinin əldə edilməsi prosesi həyata keçirilir, layihələndirmə işlərinin aparılmasına hazırlıq görülür. Eyni zamanda, Gəncə, Sumqayıt, Lənkəran, Masallı və Şəmkir şəhərlərində də torpaq sahələrinin ayrılması ilə bağlı təklif olunmuş ərazilərə baxış keçirilib, ilkin dəyərləndirmə işləri aparılıb”.

Son xəbərlər

Orphus sistemi