Sabahdan Bakı-Sumqayıt marşrutu üzrə elektrik qatarlarının hərəkət cədvəli qüvvəyə minəcək

Sabahdan Bakı-Sumqayıt marşrutu üzrə elektrik qatarlarının hərəkət cədvəli qüvvəyə minəcək Elektrik qatarları Bakı sərnişin, Keşlə, Biləcəri, Xırdalan və Sumqayıt marşrutu üzrə hərəkət edəcək
İnfrastruktur
14 Sentyabr , 2015 20:05
Sabahdan Bakı-Sumqayıt marşrutu üzrə elektrik qatarlarının hərəkət cədvəli qüvvəyə minəcək

Bakı. 14 sentyabr. REPORT.AZ/ Sentyabrın 15-dən Bakı-Sumqayıt marşrutu ilə elektrik qatarlarının hərəkət cədvəli qüvvəyə minəcək.

Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyindən "Report"a verilən məlumata görə, sentyabrın 12-də Bakı-Sumqayıt marşrutu ilə ikimərtəbəli elektrik qatarları hərəkətə başlayıb. Elektrik qatarları sentyabrın 12, 13 və 14-də sərnişinlərə pulsuz xidmət göstərib. Sentyabrın 15-dən etibarən Bakı-Sumqayıt marşrutu ilə elektrik qatarlarının hərəkət cədvəli qüvvəyə minəcək.

Elektrik qatarları Bakı sərnişin, Keşlə, Biləcəri, Xırdalan və Sumqayıt marşrutu üzrə hərəkət edəcək. Qatarlar Bakının sərnişin stansiyasından saat 5:10, 5:30, 6:50, 16:00, 17:25, 18:25 və 19:25-də, Sumqayıt sərnişin stansiyasından isə 6:40, 7:10, 7:55, 17:10, 18:30, 19:30 və 20:30-da yola düşəcək.

Bakı sərnişin, Biləcəri və Sumqayıt sərnişin stansiyalarında post-terminallar və turnitketlər quraşdırılıb. Elektrik qatara biletləri həm avtomatik köşklərdən, həm də kassalardan almaq mümkündür.

Bakı-Sumqayıt marşrutu üzrə 8 elektrik qatarı fəaliyyətdə olacaq. Bunlardan üçü “Stadler Rail Group” şirkətinin “Stadler Minsk” zavodunda istehsal olunmuş KİSS markalı ikimərtəbəli elektrik qatarı, beşi isə Riqada əsaslı təmir olunaraq ölkəyə gətirilmiş elektrik qatarıdır.

Son xəbərlər

Orphus sistemi