Sabah Yasamal rayonunda su problemi olacaq

Sabah Yasamal rayonunda su problemi olacaq Məhdudiyyətə səbəb sözügedən ərazidə yeni çəkilən magistral su xəttinin mövcud sistemlərə birləşdirilməsidir
İnfrastruktur
29 Avqust , 2016 17:17
Sabah Yasamal rayonunda su problemi olacaq

Bakı. 29 avqust. REPORT.AZ/ Sabah Bakı şəhərinin Yasamal rayonunda içməli su problemi olacaq.

Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata əsasən, Yasamal rayonu ərazisində yeni çəkilən magistral su xəttinin mövcud sistemlərə birləşdirilməsi ilə əlaqədar avqustun 30-da gün ərzində C.Hacıbəyli, Ü.Bünyadzadə, Dəmirçizadə, F.Əsədov, C.Zeynalov, Q.Pirimov, Mərdanov qardaşları, S.Vurğun küçələri ətrafında olan ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.

Son xəbərlər

Orphus sistemi