Sabah Qaradağda içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Sabah Qaradağda içməli suyun verilməsində məhdudiyyətlər olacaq Buna səbəb çoxmərtəbəli yaşayış binalarının içməli su təchizatı sistemlərinin yenidən qurulmasıdır
İnfrastruktur
5 Avqust , 2016 17:44
Sabah Qaradağda içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Bakı. 5 avqust. REPORT.AZ/ Qaradağ rayonu Lökbatan qəsəbəsində içməli suyun verilməsində problem olacaq.

Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, sözügedən qəsəbədə çoxmərtəbəli yaşayış binalarının içməli su təchizatı sistemlərinin yenidən qurulması ilə əlaqədar sabah gün ərzində Lökbatan qəsəbəsi İ.Nəbiyev, B.Niftəliyev, Ş.Xəlilov, A,Şəbiyev, A.Qurbanov, 28 may küçələrinə, 1594,1595,1596-cı keçid və 6,7,8-ci massivlərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.

Son xəbərlər

Orphus sistemi