Sabah paytaxtın bir neçə rayonunda təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Sabah paytaxtın bir neçə rayonunda təbii qaz təchizatında məhdudiyyətlər olacaq Məqsəd istehlakçıların qaz təchizatının yaxşılaşdırılmasıdır
İnfrastruktur
5 Aprel , 2016 18:52
Sabah paytaxtın bir neçə rayonunda təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Bakı. 5 aprel. REPORT.AZ/ Sabah Bakı şəhərinin bir neçə rayonunda təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə "Report"a "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, diametri 315 mm-lik polietilen orta təzyiqli yeraltı qaz xəttindən qidalanan diametri 108 mm-lik qaz xəttinin yerinin dəyişdirilməsi, yeni çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, qaz xətti üzərində qaz tənzimləyicinin quraşdırılması, istismarı dayandırılmış xətlərin şəbəkədən ayrılması və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə sabah, aprelin 6-da saat 09.00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Kürdəxanı və Balaxanı qəsəbələrində, Binəqədi rayonunun 7 və 8-ci mikrorayonlarında, Xəzər rayonunun Südçülük sovxozu, Binə və Şüvəlan qəsəbələrində, Suraxanı rayonunun Hövsan qəsəbəsində, Abşeron rayonunun Novxanı bağ massivi, Digah, Məmmədli, Fatmayi və Goradil kəndlərinin və Nərimanov rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Son xəbərlər

Orphus sistemi