Sabah Neftçilər prospekti bağlanacaq

Sabah Neftçilər prospekti bağlanacaq Nəqliyyatın hərəkəti üçün qoyulan məhdudiyyət bazar ertəsi günü aradan qaldırılacaq
İnfrastruktur
15 Aprel , 2016 15:51
Sabah Neftçilər prospekti bağlanacaq

Bakı. 15 aprel. REPORT.AZ/ Avropa Qran-Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il iyun ayında keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir. "Report" xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yaydığı məlumata görə, paytaxtın yarış trekinin üzərinə düşdüyü mərkəzi küçələrində tikinti işləri artıq son mərhələdədir. Üst lay asfalt qatının çəkilməsi işləri sürətlə davam etdirilir.

Bu səbəbdən Neftçilər prospektinin Rəsul Rza və Puşkin küçələri ilə kəsişmələri arasında olan hissəsində aprelin 16-sı saat 06:00-dan etibarən nəqliyyatın hərəkətinə icazə verilməyəcək. Burada avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət bazar ertəsi günü, aprelin 18-i səhər saatlarında aradan qaldırılacaq.

Xatırladaq ki, yarışdan öncə salınacaq və Formula 1 yarışı standartına cavab verən yenilənmiş yollar daimidir. Bu yollar Qran-Pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.

Son xəbərlər

Orphus sistemi