​Sabah Heydər Əliyev prospektinin əsas hissəsi bağlanacaq

​Sabah Heydər Əliyev prospektinin əsas hissəsi bağlanacaq Həmin yolda təmir işləri aparılacaq
İnfrastruktur
2 Aprel , 2015 16:48
​Sabah Heydər Əliyev prospektinin əsas hissəsi bağlanacaq

Bakı. 2 aprel. REPORT.AZ/ 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı nəzərdə tutulan marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlər intensiv şəkildə davam etdirilir. Artıq bir sıra tikinti və yenidənqurma işləri yekunlaşıb.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin Mətbuat Katibliyindən "Report"a verilən məlumata görə, nəzərdə tutulan təmir və abadlıq işləri ilə bağlı aprelin 3-dən 4-nə keçən gecə Heydər Əliyev prospektinin Böyük Şor qovşağından Heydər Əliyev Mərkəzinin qarşısına qədər olan əsas hissəsi nəqliyyatın hərəkəti üçün tam bağlanacaq.

Prospektin bağlanmasında əsas məqsəd Avropa Oyunlarına hazırlıq dövründə təmir və abadlıq işlərini aparmaqdır. Həmin vaxtlarda sürücülər prospektin köməkçi yollarından istifadə edə bilərlər.

Son xəbərlər

Orphus sistemi