Sabah Bakının mərkəzi küçəsi bağlanır

Sabah Bakının mərkəzi küçəsi bağlanır Bu gecə həmin ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
İnfrastruktur
1 İyun , 2016 17:31
Sabah Bakının mərkəzi küçəsi bağlanır

Bakı. 1 iyun. REPORT.AZ/ Bakıda iyunun 17-19-da keçiriləcək "Formula-1" Avropa Qran-Prisi ilə əlaqədar hazırda Bakı Şəhər Halqası boyunca təhlükəsizlik baryerləri ilə yanaşı, trek ətrafında əvvəlcədən müəyyənləşdirilmiş yerlərdə tribunalar quraşdırılır. Sonuncu tribunanın – Azneft dairəsi üzərində inşa olunacaq eyniadlı tribunanın quraşdırılmasına iyunun 2-dən etibarən start veriləcək. Bu, Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən "Report"a daxil olan məlumatda bildirilib.

Məlumata görə, tribunanın quraşdırılması ilə bağlı iyunun 1-dən 2-ə keçən gecə saat 01:00-da Neftçilər prospektinin Azneft dairəsinə düşən hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Belə ki, Azneft tribunası eyniadlı dairənin üzərində inşa olunacağına görə, az aralıda, yəni Niyazi küçəsi ilə Neftçilər prospektinin kəsişməsində müvəqqəti əvəzedici dairə quraşdırılacaq. Mövcud dairə üzərində Azneft tribunasının quraşdırılması səbəbindən Neftçilər prospekti Bayıl qəsəbəsi tərəfindən gələn nəqliyyat vasitələri üçün 13 metrədək daraldılacaq və burada nəqliyyatın hərəkəti hər iki istiqamətdətam təmin olunacaq. Sözügedən məhdudiyyətin 26 iyun tarixində aradan qaldırılması nəzərdə tutulub.

Xatırladaq ki, iyunun 14-21-də Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkəti dayandırılacaq. Yalnız əvvəlcədən təyin olunmuş zonalara giriş icazəsini göstərən müvafiq nişana sahib nəqliyyat vasitələrinin bu zonalara girişinə ancaq gecə saatlarında (saat 00:00-dan 06:00-dək) icazə veriləcək.

Son xəbərlər

Orphus sistemi