​Sabah Bakıda beynəlxalq çiçəkçilik və şəhərsalma sərgisi başlayır

​Sabah Bakıda beynəlxalq çiçəkçilik və şəhərsalma sərgisi başlayır Tədbirdə 12 ölkədən 150 şirkət iştirak edəcək
İnfrastruktur
11 Mart , 2015 12:31
​Sabah Bakıda beynəlxalq çiçəkçilik və şəhərsalma sərgisi başlayır

Bakı. 11 mart. REPORT.AZ/ Sabah Bakıda beynəlxalq çiçəkçilik, peyzaj və şəhərsalma sərgisi işə başlayır. "Report" xəbər verir ki, Türkiyənin "Atılım Fuarcılık" və "ElanExpo" şirkətlərinin əməkdaşlığı ilə keçiriləcək sərgidə "AfuExpo", "Azeryolservis", Bakı Yaşıllaşdırma, Bakı Abadlıq, Nəbatat Bağı, Azərbaycan Biznesmenlər Assosiasiyası, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi, icra hakimiyyətləri, mütəxəssislər, dövlət idarə və təşkilatları iştirak edəcək.

Sərgi açılışına dəvət edilən dövlət xadimləri, rəhbər işçilər, sektor nümayəndələri və əhəmiyyətli biznesmənlərin iştirakçı firmalarla üzbəüz görüşmələr həyata keçirməsi, həm sektorun tanıdılmasında, həm də əməkdaşlıq yolları mövzusunda böyük rol oynaması planlaşdırılır.

Tədbirdə 12 ölkədən 150 şirkət iştirak edəcək. Sərgidə iştirak edəcək şirkət və təşkilatlar arasında Azərbaycandan "By Art", "Kafurpas", "Gardenia", "Abseron Botanik", "Caspian Botanik", "Green Life", Türkiyədən "Hidromak", "Güneri Makine", "Erdemli Makine", "Polight", "As Beton", "Peyart", "Sakarya Botanik", "İstanbul Botanik", İtaliyadan "Arcangeli", "Piante Faro", "Innocenti& Mangoni", Belçikadan "Arbor", "VandePutte", Almaniyadan "Pflanzenhandel Lappen", "Bruns", "Lorberg", Hollandiyadan "Fides & Greneth", İspaniyadan "Ornamental Valencia", Kolombiyadan "Matina Flowers" yer alıb.

Qeyd edək ki, sərgi martın 14-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi