​Sabah Azadlıq prospektində içməli su problemi olacaq

​Sabah Azadlıq prospektində içməli su problemi olacaq Prospektdə yeni çəkilən su xətləri mövcud şəbəkəyə birləşdirilir
İnfrastruktur
18 May , 2016 17:11
​Sabah Azadlıq prospektində içməli su problemi olacaq

Bakı. 18 may. REPORT.AZ/ Sabah saat 09:00-dan etibarən gün ərzində Bakı şəhərinin Azadlıq prospekti, 161a-191 və Cəfər Xəndan küçəsi, 26-28 ünvanlarına içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən xəbərə görə, sözügedən küçələrdə yol infrastrukturunun yenidən qurulması ilə əlaqədar yeni çəkilən su xətləri mövcud şəbəkəyə birləşdirilir.

“Azərsu” yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.

Son xəbərlər

Orphus sistemi