Rusiya azərbaycanlı sürücülərə qarşı sanksiya tətbiq edib

Rusiya azərbaycanlı sürücülərə qarşı sanksiya tətbiq edib Bu məsələ Azərbaycan-Rusiya Qarışıq Komissiyasının iclasında müzakirə edilib
İnfrastruktur
20 Oktyabr , 2016 13:07
Rusiya azərbaycanlı sürücülərə qarşı sanksiya tətbiq edib

Bakı. 20 oktyabr. REPORT.AZ/ Rusiya Azərbaycanın beynəlxalq daşımalar həyata keçirən sürücülərinə qarşı sanksiya tətbiq edib. "Report" xəbər verir ki, bu məsələ Bakıda keçirilən Azərbaycan-Rusiya Qarışıq Komissiyasının iclasında müzakirə edilib. 

İclasda çıxış edən Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Beynəlxalq əməkdaşlıq və daşımalar sektorunun müdiri Hidayət Aslanov bildirib ki, Rusiya tərəfinin müəyyən etdiyi, bu ölkədə qalma müddətinə riayət etməyən azərbaycanlı sürücülərin 20%-nə sanksiyalar tətbiq edilib və bu, iki ölkə arasında yükdaşımaların həcminə təsirsiz ötüşmür. 

Rusiyanın Nəqliyyat Nazirliyinin Avtomobil və şəhər nəqliyyatı sahəsi üzrə dövlət siyasəti Departamentinin direktoru Aleksey Bakirey isə təklif edib ki, Azərbaycanın Dövlət Miqrasiya Xidməti məsələnin həlli üçün Rusiyanın Daxili İşlər Nazirliyinə müraciət etsin. 

Son xəbərlər

Orphus sistemi