​Qələbə dairəsinin diametri azaldılır

​Qələbə dairəsinin diametri azaldılır Hərəkətin buraxma qabiliyyəti artırılmaqla yanaşı, ərazidəki sıxlıq da aradan qaldırılacaq
İnfrastruktur
9 Mart , 2015 18:02
​Qələbə dairəsinin diametri azaldılır

Bakı. 9 mart. REPORT.AZ/ Bakıda bir müddət əvvəl, hərəkətin istiqamətində dəyişiklik edilən Qələbə dairəsinin diametrinin kiçildilməsi istiqamətində işlər həyata keçirilir.

“Report” “Azəryolservis” ASC-yə istinadən məlumat verir ki, dairənin kiçildilməsi hesabına həmin ərazidə hərəkət zolaqlarının sayını artırmaq mümkün olacaq. Bu, hərəkətin buraxma qabiliyyətini artırmaqla yanaşı, həmin ərazidəki sıxlığın aradan qaldırılmasına xidmət edəcək. Hazırda dairədə aparılan işlər nəqliyyatın hərəkətinə heç bir məhdudiyyət qoyulmadan yerinə yetirilir.

Son xəbərlər

Orphus sistemi