"Qatar Airways" yeni endirim kampaniyası keçirir

"Qatar Airways" yeni endirim kampaniyası keçirir Aksiya iyulun 31-dək davam edəcək
İnfrastruktur
27 İyul , 2016 20:54
Qatar Airways yeni endirim kampaniyası keçirir

Bakı. 27 iyul. REPORT.AZ/ “Qatar Airways” aviaşirkəti bilet qiymətlərində 30%-ə qədər endirim kampaniyasına başlayıb.

Aviaşirkətdən “Report”a bildirilib ki, “Qatar Airways” müştəriləri üçün xüsusi endirim kampaniyası keçirir. Dünyanın 150-dən çox səyahət istiqamətinə mütəmadi uçuşlar təşkil edən “Qatar Airways” bu dəfə Bakıdan Quançjou, Kolombo, Keyp Taun, Küveyt, Manila, Honq-Konq, Cakarta və s. olmaqla 20 istiqamət üzrə aviareyslərə 30%-dək endirim tətbiq edir.

Qeyd edək ki, aksiya iyulun 31-dək davam edəcək. Biletlər isə 01.09.2016 - 10.12.2016 tarixli uçuşları əhatə edir.

Son xəbərlər

Orphus sistemi