"Qatar Airways" yeni endirim aksiyası keçirir

"Qatar Airways" yeni endirim aksiyası keçirir İyunun 2-dən 4-dək bir sıra istiqamətlərdə endirimli bilet almaq mümkündür
İnfrastruktur
2 İyun , 2015 12:12
Qatar Airways yeni endirim aksiyası keçirir

Bakı. 2 iyun. REPORT.AZ/ “Qatar Airways” aviaşirkəti hər həftə yenilənən endirim təkliflərinə daha birini əlavə edib. Şirkətdən “Report”a verilən məlumata görə, iyunun 2-dən 4-dək bir sıra istiqamətlərdə həyata keçirilən aviareyslər üzrə endirimli bilet almaq mümkündür. Uçuşlar iyunun 30-dək həyata keçirilməlidir.

Göstərilən qiymətlərə bütün güzəştlər, vergilər və xərclər daxildir. Xidmət haqları “Qatar Airways”in satış ofisləri və səyahət agentlikləri vasitəsi ilə alınan biletlər üçün şamil oluna bilər. Güzəştlər rezervasiya zamanı ödənilən və ancaq gediş-dönüşlü biletlərə şamil olunur, məntəqədə qalma müddəti ən azı 3 gün, ən çox 4 ay ola bilər. Bütün səyahətlər uçuş müddətinin son gününə kimi başa çatmalıdır. Biznes sinifli biletlər uçuş tarixinə ən geci 5 gün qalmış, ekonom sinfin biletləri isə 3 gün qalmış alınmalıdır.

Qeyd edək ki, biletlər bir xidmət ilə əvəz edilə bilməz və başqa adama həvalə edilə bilməz. Seçilmiş istiqamətdən və səyahət sinfindən asılı olaraq biletin tarixi cərimə ilə dəyişilə bilər. Tranzit məntəqəsində vaxtından artıq qalmaq olmaz, uşaq və körpələr üçün standart güzəştlər tətbiq olunur.

Çıxış məntəqəsi İstiqamət Ekonom sinif Uçuş tarixləri
Bakı Dubay 237 manat 02 İyun-30 Iyun 2015
Bakı Banqkok 672 manat 02 İyun-30 Iyun 2015
Bakı Maldiv adaları 771 manat 02 İyun-30 Iyun 2015
Bakı Yoxanesburq 801 manat 02 İyun-30 Iyun 2015
Bakı Tokio 857 manat 02 İyun-30 Iyun 2015
Bakı Denpasar,   Bali 1 226 manat 02 İyun-30 Iyun 2015
Çıxış məntəqəsi İstiqamət Biznes sinif Uçuş tarixləri
Bakı Phuket 1 620 manat 02 İyun-30 Iyun 2015
Bakı Yoxanesburq 1 643 manat 02 İyun-30 Iyun 2015
Bakı Kuala Lumpur 1 980 manat 02 İyun-30 Iyun 2015
Bakı Tokio (NRT) 2 202 manat 02 İyun-30 Iyun 2015
Bakı Sinqapur 2 557 manat 02 İyun-30 Iyun 2015
Bakı Denpasar,   Bali 2 657 manat 02 İyun-30 Iyun 2015

Son xəbərlər

Orphus sistemi