Bakı. 25 yanvar. REPORT.AZ/ "Qatar Airways" aviaşirkəti 2016-cı ildə Azərbaycan da daxil olmaqla, Şərqi Avropa ölkələrinə reyslərin sayını artırmağı planlaşdırır.
"Report"un məlumatına görə, bu barədə şirkətin veb-saytında deyilir.
Məlumata əsasən, reyslərin artırılması böyük tələbatla bağlıdır. Belə ki, martın 27-dən başlayaraq 11 həftə müddətində Qətərdən Bakıya reyslərin sayı artacaq.
Qeyd edək ki, şirkət Bakı ilə yanaşı, Xorvatiya və Macarıstana da yerinə yetirilən uçuşların sayını artırır.