​Qaradağ stansiyasının yolları əsaslı təmir olunur

​Qaradağ stansiyasının yolları əsaslı təmir olunur Təmir işləri bu gün başa çatacaq
İnfrastruktur
3 İyun , 2016 12:32
​Qaradağ stansiyasının yolları əsaslı təmir olunur

Bakı. 3 iyun. REPORT.AZ/ Azərbaycanda Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolunun əsaslı təmiri layihəsi çərçivəsində  Qaradağ stansiyasında 1 400 metr uzunluğunda baş yolun əsaslı təmirinə başlanılıb.

"Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun "Report"a verdiyi məlumata görə, təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC həyata keçirir. MMC-nin direktoru Rizvan Rzayevin məlumata görə, təmir işləri bu gün başa çatacaq.

Qeyd edək ki, 14 aprel 2015-ci ildə “Azərbaycan dəmir yollarının yenidən qurulması Layihəsi"nin 2-ci mərhələsinin icrası məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiyanın “Moravia Steel” şirkəti arasında "Azərbaycan dəmir yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri” barədə ixrac müqaviləsinə əlavə saziş imzalanıb.

Yeni layihənin icrasına ötən ilin oktyabr ayının sonunda başlanılıb və bu günə kimi 110 km-dən artıq dəmir yolu əsaslı təmir olunub.

Son xəbərlər

Orphus sistemi