Bakı. 12 avqust. REPORT.AZ/ Təmir-tikinti işləri ilə əlaqədar olaraq avqustun 13-dən 14-nə keçən gecə Qara Qarayev prospektinin Bəhruz Nuriyev küçəsi ilə kəsişməsindən (“Laçın” Ticarət Mərkəzi) Babək prospekti ilə kəsişməyədək olan hissəsındə avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.
“Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən “Report”a bildirilib ki, sözügedən hissədə hərəkət intensivliyi nəzərə alınaraq aparılacaq təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub.
Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçmələri tövsiyyə edilir: "Baş verə biləcək narahatlığa görə “Azəravtoyol” vətəndaşlardan üzr istəyir".