Prezident Naxçıvanda dairəvi avtomobil yolunun yenidən qurulması ilə bağlı sərəncam imzalayıb

Prezident Naxçıvanda dairəvi avtomobil yolunun yenidən qurulması ilə bağlı sərəncam imzalayıb Maliyyə Nazirliyinə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb
İnfrastruktur
28 Avqust , 2014 09:21
Prezident Naxçıvanda dairəvi avtomobil yolunun yenidən qurulması ilə bağlı sərəncam imzalayıb
Bakı. 28 avqust. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev “Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Şəkərabad - Babək qəsəbə - Nehrəm - Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Report xəbər verir ki, sərəncamla Naxçıvan Muxtar Respublikasının Babək rayonunda 31 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad – Babək qəsəbə – Nehrəm – Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması məqsədi ilə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ilkin olaraq 5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi