Prezident İlham Əliyev Kür çayı üzərində inşa olunmuş avtomobil körpüsünün açılışında iştirak edib

Prezident İlham Əliyev Kür çayı üzərində inşa olunmuş avtomobil körpüsünün açılışında iştirak edib Körpünün uzunluğu 317 metr, eni isə 15 metrə yaxındır
İnfrastruktur
28 Avqust , 2014 14:05
Prezident İlham Əliyev Kür çayı üzərində inşa olunmuş avtomobil körpüsünün açılışında iştirak edib

Bakı. 28 avqust. REPORT.AZ/ Bu gün Hacıqabul-Bəhrəmtəpə yolunun Şirvan şəhərindən keçən hissəsində - Kür çayı üzərində inşa olunmuş avtomobil körpüsünün açılışı olub. Report-un xəbərinə görə, açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev iştirak edib.

Nəqliyyat naziri Ziya Məmmədov prezident İlham Əliyevə məlumat verib ki, körpünün uzunluğu 317 metr, eni isə 15 metrə yaxındır. 2011-ci ildən başlayan tikinti işləri yekunlaşıb və yeni, müasir standartlara uyğun körpü artıq istismara hazırdır.

Diqqətə çatdırılıb ki, körpünün tikintisi zamanı nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud dəmir konstruksiyalı köhnə körpüdə tikinti-quraşdırma işləri həyata keçirilib. 

Son xəbərlər

Orphus sistemi