Prezident İlham Əliyev Gəncə Şəhər İcra Hakimiyyətinə 5 milyon manat ayırıb

Prezident İlham Əliyev Gəncə Şəhər İcra Hakimiyyətinə 5 milyon manat ayırıb Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşrılıb
İnfrastruktur
22 Oktyabr , 2014 10:20
Prezident İlham Əliyev Gəncə Şəhər İcra Hakimiyyətinə 5 milyon manat ayırıb

Bakı. 22 oktyabr. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev “Gəncə şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. “Report” xəbər verir ki, sərəncam Gəncə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsini, habelə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda şəhər üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə verilib.

Sərəncama əsasən, Gəncə şəhərinin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi ilə Şəhər İcra Hakimiyyətinə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşrılıb. 

Son xəbərlər

Orphus sistemi