​Prezident İlham Əliyev: "Kənd təsərrüfatı məhsullarının ixracı 27 faiz artıb"

​Prezident İlham Əliyev: "Kənd təsərrüfatı məhsullarının ixracı 27 faiz artıb" Gömrük rüsumları elə tətbiq edilməlidir ki, hər kəs yerli məhsullara üstünlük versin
İnfrastruktur
11 İyul , 2016 22:06
​Prezident İlham Əliyev: Kənd təsərrüfatı məhsullarının ixracı 27 faiz artıb

Bakı. 11 iyul. REPORT.AZ/ "Hazırda Azərbaycanda istixanaların tikintisi geniş vüsət alıb. Bu da sevindirici haldır".

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda yekun çıxışında bildirib.

Dövlət başçısı vurğulayıb ki, iş adamları buna böyük vəsait qoyurlar: "Dövlət də öz dəstəyini göstərir. Bu, bizim ixrac potensialımıza çox müsbət təsir göstərir. Kənd təsərrüfatı naziri qeyd etdi ki, qiymətlər aşağı düşür, eyni zamanda kənd təsərrüfatı məhsullarının ixracı 27 faiz artıb. Bu, çox böyük rəqəmdir. İdxal da azalıbdır.

İdxal məncə bir anlayış kimi olmamalıdır. Biz yəqin ki ancaq çeşidlərin müxtəlifliyinə görə idxala yol verməliyik. Çünki bəzi insanlar xarici mallara öyrəşib. Ona görə biz idxalı dayandıra bilmərik. Gömrük rüsumları elə tətbiq edilməlidir ki, hər kəs yerli məhsullara üstünlük versin".

Dövlət başçısı vurğulayıb ki, yerli məhsullar keyfiyyətlidir: "Onların tərkibində hər hansı kimyəvi, yaxud insanın orqanizminə təhlükəli maddələr yoxdur. Əfsuslar olsun ki, xarici məhsulların bəzilərində belə maddələr var. Yerli istehsalı sürətləndirmək, artırmaq üçün əlbəttə ki biz tənzimləyici tədbirləri görməliyik".  

Son xəbərlər

Orphus sistemi