Prezident İlham Əliyev: "Azərbaycan dünyada qaz ixrac edən ölkəyə çevrilir"

Prezident İlham Əliyev: "Azərbaycan dünyada qaz ixrac edən ölkəyə çevrilir" ""Vaxt var idi ki, biz qaz idxalı ilə məşğul idik, bizə qaz çatmırdı"
İnfrastruktur
28 Oktyabr , 2015 19:47
Prezident İlham Əliyev: Azərbaycan dünyada qaz ixrac edən ölkəyə çevrilir

Bakı. 28 oktyabr. REPORT.AZ/ "Vaxt var idi ki, biz qaz idxalı ilə məşğul idik, bizə qaz çatmırdı. Hazırda görülən işlər nəticəsində Azərbaycan nəinki regionda, dünyada qaz ixrac edən ölkəyə çevrilir. Biz bütün bunları son illər ərzində əldə etmişik".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Abşeron rayonunda "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin açılış mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, ümumiyyətlə, Azərbaycanda infrastruktur layihələrinin icrası prioritet məsələdir: 

"Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının əsas məqsədi də Bakıda və bütün bölgələrdə müasir infrastrukturun yaradılmasıdır. Bu istiqamətdə son illər ərzində çox böyük işlər görülmüşdür. Demək olar ki, elektrik enerjisi ilə bağlı bütün problemlər öz həllini tapmışdır. Biz əvvəlki illərdə xaricdən elektrik enerjisi alırdıqsa, bu gün nəinki öz tələbatımızı ödəyirik, eyni zamanda, xaricə də ixrac edirik. Kənd yollarının tikintisi, sosial infrastrukturun yaradılması həm Bakıda, həm bölgələrdə geniş vüsət almışdır".

Son xəbərlər

Orphus sistemi