"Pobeda" Azərbaycana aviabiletlərin satışına başlayır

"Pobeda" Azərbaycana aviabiletlərin satışına başlayır Aviaşirkət artıq avqustda Rostov-Bakı reysinə bilet satmağa başlayacaq
İnfrastruktur
1 Avqust , 2016 17:21
Pobeda Azərbaycana aviabiletlərin satışına başlayır

Bakı. 1 avqust. REPORT.AZ/ Rusiyanın "Aeroflot" aviaşirkəti qrupuna daxil olan "Pobeda" loukosteri Rostov-Bakı istiqamətində reyslərə bilet satışına payıza qədər başlaya bilər.

"Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, "Pobeda" yeni beynəlxalq istiqamətlərə aviabiletlərin satışını Rostovdan Bakı, Tbilisi, Yerevana, Samaradan Almatıya yayın sonundək açmağı planlaşdırır.

"Pobeda" Rusiya Nəqliyyat Nazirliyi yanındakı qurumlararası komissiyadan qeyd edilən istiqamətlər üzrə uçuşların yerinə yetirilməsi üçün artıq rəsmi icazə alıb", - deyə Agentlik qeyd edib.

Hazırda bu aşağıbüdcəli aviaşirkət 8-i beynəlxalq olmaqla, 58 istiqamət üzrə uçuşlar həyata keçirir.

Son xəbərlər

Orphus sistemi