Pirallahının avtomobil yollarının yenidən qurulmasına 3,8 mln. manat ayrılıb

Pirallahının avtomobil yollarının yenidən qurulmasına 3,8 mln. manat ayrılıb Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
İnfrastruktur
26 İyul , 2016 18:04
Pirallahının avtomobil yollarının yenidən qurulmasına 3,8 mln. manat ayrılıb

Bakı. 26 iyul. REPORT.AZ/ Prezident İlham Əliyev Bakı şəhəri Pirallahı rayonunun qəsəbədaxili avtomobil yollarının yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sənədə əsasən, Pirallahı rayonunun qəsəbədaxili avtomobil yollarının yenidən qurulması məqsədilə Azərbaycanın 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 3,8 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi və “Azəravtoyol” ASC-yə müvafiq məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi